Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Güclü liderin siyasi uğurları

0

  •        Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin sayəsində siyasi uğurlarımız bir-birinin ardınca gəlir, gəlməkdədir də. Cənab Prezidentin rəhbərliyi, Ali Baş Komandanlığı ilə, şəhidlərimizin, qazilərimizin canı və qanı bahasına 44 günlük müharibədə əldə edilmiş zəfər, Cənab Prezidentin işğaldan azad edilmiş ərazilərə səfəri, orada yenidənqurma işləri ilə tanış olaraq təməlqoyma mərasimlərində iştirak etməsi və.s. Dillər acizdir saymaqla qurtara.      Sadalanan siyasi uğurların sırasında ən təqdirəlayiq olanlardan biri də Cənab Prezidentin iyunun 27-də Polşanın Karlovitsa şəhərinə yollanaraq Ümumdünya Şəhərsalma Forumunda “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək" mövzusunda 11-ci sessiyada iştirak etməsidir.        Cənab Prezident öz çıxışında Forum iştirakçılarını salamlayaraq, Forumda çıxış etməsindən məmnun olduğunu deyib. Cənab Prezident Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyinin tamam olduğunu, bunu qeyd etmək məqsədilə ölkəmizin mədəniyyət paytaxtı olan, işğaldan azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbirin təşkil edildiyindən danışıb. Cənab Prezident Bakımızın müasirləşməsindən, digər rayon və şəhərlərmimizin də müasirləşəcəyindən, eləcə də işğaldan azad edilmiş ərazilərimizin müasir infrastruktur üzərində qurulacağını vurğulayıb. Cənab Prezident həmçinin işğaldan azad edilmiş ərazilərimizin işğal dövründə vandalizmə məruz qalaraq ermənilər tərəfindən şəhərlərin viran edilərək, oradakı, maddi-mədəniyyət, dini abidələrin barbarcasına dağıdıldığını söyləyib. Ağdam şəhərinin siyasi şərhçilər tərəfindən Qafqazın Xirosiması adlandırılması dərəcəsində yerlə-yeksan edilməsini, Füzuli şəhərinin bayraq sancıla bilinməyəcək dərəcədə dağıdılmasının Cənab Prezident tərəfindən vurğulanması erməni barbarlığının Beynəlxalq Siyası Arenada bir daha sübutu oldu. Bütün bu dağıntılara baxmayaraq müasir yenidənqurma öz işini görməkdədir. Buna Azərbaycanın Zəngilan şəhərində ilk pilot layihənin reallaşdırılmasını, Zəngilanın Ağalı kəndinin dünyanın ən müasir kəndlərindən biri olduğunu misal göstərmək olar. Müasir infrastruktur layihəsi ilə işğaldan azad edilmiş Füzuli şəhərində səkkiz aydan az müddətə hava limanınının inşası başa çatdı. Hal-hazırda Zəngilan və Laçın rayonlarında daha iki hava limanının tikintisi davam edir. Ümummilli Lider Heydər Əliyevin siyasi davamçısı Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin siyasi iradəsi ilə bu cür müasir pilot layihələr inşəallah Xocalı, Xankəndi, Xocavənd və Ağdərədə davam etdiriləcək.Tamella Bilalova,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib40 dəfə
    Güclü liderin siyasi uğurları

    Maraqlı gələ bilər
    0
    41
    61